Növbəti uğur

0

Məlumdur ki, Bolqarıstanda keçirilmiş 7-ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atmışlar. Bu uğuru qeyd etmək üçün cari ilin mart ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi təmsil edən komandanın heyəti ilə görüşmüşdür. Azərbaycan idmançıları həmin yarışda 16 medal qazanmışdılar ki, onlardan da 7-si qızıl medaldır. Komanda hesabında isə birinci yeri tutmuşdur. Avropada birinci olmaq böyük nailiyyətdir. Ölkəmizin dövlət himni yeddi dəfə səsləndirilməsi çox qürurverici haldır.

Milli idman növü olan güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Bütün dövrlərdə güclü güləşçilərimiz olmuş və ölkəmizi ləyaqətlə təmsil etmişlər. Bu idman növünün ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsilin nümayəndələri bu ənənələri uğurla davam etdirirlər. Nəsildən-nəslə keçən bu təcrübə, bilik və səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yeri tutması çox önəmlidir.

Bilirsiniz ki, idmançılara şərait yaradılmalı və sonra onlardan uğurlu nəticələri gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi və məşqçilərlə birlikdə düzgün addımlar atdığlarına görə uğurlarımız həmişə olmuşdur və olacaqdır. İdmançılarımız uzun illərdir ki, Azərbaycanı dünyada ləyaqətlə təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar.

Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx və səmərəli əlaqələri mövcuddur. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir.

Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri tikilmişdir. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Seçmə işi çox düzgün aparılmalıdır. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idman bölmələrinə cəlb etmək lazımdır.

Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Uzun zaman ərzində beynəlxalq arenalarda, istər idman, istərsə də siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Bu məğlubiyyətin səbəbləri o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar idi.

Indiki zamanın idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin-amanlıqda hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.

Bizim ürəyimizdə olan qisas hissi zaman-zaman ermənilər tərəfindən bizə qarşı törədilmiş soyqırımı ilə əlaqədar olmuşdur. Onlar qarşı etnik təmizləmə siyasəti aparmışdır. Ancaq Azərbaycan xalqı düşməndən intiqamı döyüş meydanında aldı. Düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə idi ki, həmin mülki vətəndaşlar bizə döyüşlərdə iştirak edirdilər.

Işğaldan azad edilmiş torpaqlarda idman inkişaf etdiilməlidirr. Artıq bu istiqamətdə müəyyən işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapmışdır.

Azərbaycan Kooperasiya Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri – Seymur Ramazanov

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »