GƏNCƏ: Niyazi Bayramov güclü külək nəticəsində xəsarət alanları xəstəxanada ziyarət edib. -FOTO

0

Qeyri-sabit hava şəraiti Gəncədə bir sıra fəsadlara yol açıb.

 Belə ki, güclü külək şəhərin bəzi küçə və prospektlərində bir neçə ağacı kökündən qoparıb, bəzilərinin isə budaqlarını sındırıb. Bir neçə yaşayış və inzibati binanın dam örtüyü uçub, bəzi yerlərdə elektrik dirəkləri aşıb, naqillər sınıb. Şəhərin bir çox ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.Нет описания.

Gəncənin Nizami Gəncəvi prospektində yerləşən evin divarına çəkilmiş üz daşlarının uçması nəticəsində yolun kənarında dayanan 58 yaşlı Hicran Əhmədova və 7 yaşlı Həmid Hüseynov xəsarət alıblar. Hər iki şəxs dərhal “Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin akademik Z.Məmmədov adına xəstəxanasına aparılıblar. Onlara burada ilkin tibbi yardım göstərildikdən sonra, H.Əhmədova “Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin A.Səhhət adına xəstəxanasına, H.Hüseynov isə “Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin Uşaq xəstəxanasına təxliyyə olunub.Нет описания.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov güclü külək nəticəsində xəsarət alan şəxsləri xəstəxanada ziyarət edib, onların səhhəti ilə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, H.Əhmədova sağ baldır sümüklərinin qapalı, sol baldır sümüklərinin oynaq daxili açıq sınığı və açıq sümüyün çıxığı xəsarəti ilə xəstəxanaya daxil olub. Xəstə əməliyyat edilib, ümumi vəziyyəti stabildir. H.Hüseynov isə, başın arxa hissəsi və sol topuğun yüngül xəsarəti ilə xəstəxanaya daxil olub. Uşağa lazımi tibbi yardım göstərilib, vəziyyəti kafidir.Нет описания.

Niyazi Bayramov daha sonra Gəncənin Gülüstan yaşayış massivində olub. Şəhər rəhbəri güclü külək nəticəsində dam örtükləri uçan binalara baxış keçirib. Qeyri-sabit hava şəraitinin yol açdığı fəsadların qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.Нет описания.

Qeyd edək ki, güclü küləyin yol açdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »