Laçın və Ağcabədi rayonlarına yeni prokuror təyin edilib

0

Laçın və Ağcabədi rayonlarına yeni prokuror təyin edilib.

İctimairey.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat verib.

Baş prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru,  İlqar Səadətov  isə, Laçın rayon prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb. İlqar Səadətov isə,bu təyinata qədər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »