Kreml daha bir əsas müttəfiqini itirdi

0

Hindistan Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasındakı səsvermədə Rusiyanın əleyhinə səs vermədi. Dehli bununla Kremllə münasibətləri gərginləşdirmək istəmədiyini nümayiş etdirdi.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Hindistan Ukrayna məsələsində Çinlə eyni mövqedən çıxış etməklə Rusiyanı özündən uzaqlaşdırmaq istəməyib. Dehli Kremlin Çinlə Hindistan arasında balansı pozmamasını arzulayır:

“Buna baxmayaraq, Ukraynanın işğalı və müharibənin davam etməsi Pekin kimi, Dehlini də narahat edir. Ərazi bütövlüyü məsələsi Hindistan üçün də həssas mövzudur. Dehli bir başqa məkanda hər hansı dövlətin ərazi bütövlüyünün parçalanmasında maraqlı deyil.

Digər tərəfdən Dehli Kremlin Ukrayna məsələsində qıcıqlandırmaq istəməsə də, siyasi və hərbi əməkdaşlıq məsələlərində ABŞ-a, o cümlədən qonşuları Avstraliya və Yaponiyaya üstünlük verir. Dehli Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla hesablaşmağa başlayıb. Hindistanın böyük şirkətləri və bankları obyektiv səbəblərdən rusiyalı həmkarlarıyla əməkdaşlıqdan çəkinirlər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »