Florens Parli xatırladıb ki, Rusiya nüvə dövlətidir və NATO-nun da oxşar silahları var
Heç bir Avropa ölkəsi ABŞ kimi Rusiya ilə birbaşa hərbi toqquşmaya icazə vermək istəmir, çünki Rusiya Federasiyası nüvə dövlətidir. Bu barədə Fransanın Silahlı Qüvvələr naziri Florens Parli RTL radiosunun efirində bildirib.
“Biz Rusiyaya müharibə elan etməmişik. Düşünmürəm ki, heç bir Avropa ölkəsi və ya ABŞ Rusiya ilə vuruşmaq istəmir. Bizim məqsədimiz atəşkəsə nail olmaqdır”.
Nazir xatırladıb ki, Rusiya nüvə dövlətidir və NATO-nun da analoji silahları var. “Nüvə müharibəsi istəyirsən?” o, səhər verilişinin aparıcısına Fransanın Ukraynanı qorumaq üçün, qoşun göndərib-göndərməyəcəyi ilə bağlı təkrar sualına cavab verib. “Nüvə silahı istifadə edilməməli olan çəkindirici vasitədir”, – Parley əlavə edib.
Müdafiə departamentinin rəhbəri izah edib ki, Fransa və NATO üçün prioritet alyans üzvlərinin, xüsusən də şərq cinahda təhlükəsizliyini təmin etməkdir. O əlavə edib ki, “Ukrayna alyansın bir hissəsi deyil”. Eyni zamanda, o, bununla dəqiq nəyi nəzərdə tutduğunu açıqlamadan Fransanın “müəyyən vaxtdan” Ukraynaya müdafiə təchizatı təmin etdiyinə inandırıb.
“Biz hərbi geyimləri humanitar yardım kimi [eyni şəkildə] çatdırmırıq. Bunlar çox ciddi qaydalar olan göndərişlərdir və biz onlara əməl edirik. Amma vəziyyətin çox ciddi olduğunu bilirik”, – Parley bildirib. O əlavə edib ki, Fransa Ukrayna hakimiyyətinin yeni müraciətlərini diqqətlə öyrənir və “çox tez” cavab vermək niyyətindədir.