Qəbələdə 1 saylı tam orta məktəbdə XOCALI FACİƏSİ anılıb

0

Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.

İctimairey.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətindən Azərtacın bölgə müxbirinə bildirilib ki, bu fikir Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi tərəfindən Qəbələ şəhər 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə səsləndirilib.

Rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbirdə ermənilərin kabusuna çevrilən, Xocalı sakinlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, erməni quldurlarının xain planlarını pozan Milli Qəhrəman Tofiq Hüseynov haqqında ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən söz açılıb. Bu faciənin erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi olduğu vurğulanıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »