Deputat Vodolatski: Yaxın 48 saat ərzində Donbass sakinləri məhv edilə bilər

0

Yaxın 48 saat ərzində Donbass sakinlərinin məhvi başlaya bilər. Bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.

İctimairey.az xəbər verir ki, o, bu sözləri RİA Novostiyə deyib. Onun sözlərinə görə, Ukrayna qoşunları fevralın 21-nə keçən gecə Donetsk və Luqanska yaxınlaşmalarda genişmiqyaslı hücuma keçə bilər.

Yaxın bir-iki gün ərzində Donbass əhalisinin məhv edilməsi üçün genişmiqyaslı hücumlar başlaya bilər”, – deputat bildirir.

Tanınmamış Luqansk Xalq Respublikasının xalq milisləri fevralın 20-də səhər saatlarına kimi Ukrayna tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı 49 fakt barədə məlumat verib.

Özünü elan edən Donetsk Xalq Respublikasında eskalasiya başlayandan bəri, Ukrayna hərbçiləri və millətçiləri tərəfindən törədilən beş təxribat aktı qeydə alınıb. Şöbə həmvətənlərini ayıq-sayıq olmağa çağırıb.

DXR Xalq Milislərinin rəhbəri Denis Sinenkov da bundan əvvəl məlumat vermişdi ki, Ukrayna qoşunları Qərb ölkələrinin razılığı ilə özünü elan etmiş Donetsk Xalq Respublikasına hücum planını həyata keçirməyə başlayıb. O, hərbi xidmət keçməli olan bütün vətəndaşları hərbi komissarlıqlara gələrək, respublikanın müdafiəsinə qalxmağa çağırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »