Şəkidə qətl hadisəsi:ov tüfəngilə güllələnmə

0

Şəkidə qətl hadisəsi:

Meşədə ov tüfəngilə güllələnmə… Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb. İctimairey.az –a Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Şəkidə qətl hadisəsi

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »