ABŞ kəşfiyyatı: Rusiya bir neçə günə Ukraynaya hücum edəcək

0

ABŞ-ın ən hörmətli qəzetlərindən biri olan “Washington Post”a danışan 4 ABŞ rəsmisi Rusiyanın bölgədəki son addımlarını təhlil edib. Kəşfiyyat hesabatlarından belə nəticəyə gəlinib ki, Rusiya “geri çəkilmiş kimi davranır” və bir neçə gündən sonra Ukraynaya qəfl hücum edəcək.

Rusiya ilə Ukrayna arasında gərgin gözləntilər və hakimiyyətdən ardıcıl açıqlamalar davam edərkən, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Washington Post”a danışan mənbələr Rusiyanın bölgədəki son addımları ilə bağlı yeni iddialar irəli sürüb.

ABŞ-ın hazırladığı kəşfiyyat hesabatlarına əsaslanaraq xəbərlərdə fikirlərini bildirən və təhlükəsizlik səbəbiylə adlarını açıqlamayan rəsmilər Rusiyanın “Ukrayna ilə sərhəddən çəkilirik” açıqlamalarının ABŞ-ı və dünya liderləri aldatmaq üçün edildiyini bildirib.

Rusiya və Belarusun Ukrayna sərhədində təlimləri bazar gününə qədər davam etdirəcəyini xatırladan “The Washington Post” yazıb ki, Rusiya Ukrayna sərhədi yaxınlığında öz qoşunlarını yerləşdirməyə davam edir. Qəzetə danışan kəşfiyyat rəsmiləri, mümkün hücum zamanı bu təlimin bəhanə ola biləcəyini də bildiriblər.

Digər tərəfdən ABŞ prezidenti Co Bayden də mövzu ilə bağlı diqqətçəkən açıqlamalar verib. Bayden deyib: “Rusiyanın Ukraynaya hücum etmək üçün aldadıcı addımlar atdığına inanmaq üçün yaxşı əsaslarımız var. Bizdə olan bütün əlamətlər göstərir ki, onlar Ukraynaya hücum etməyi planlaşdırırlar. “Düşünürəm ki, bu, yaxın bir neçə gün ərzində baş verəcək.”

“Rusiyanın geri çəkilmə iddialarının ictimaiyyəti çaşdırmaq üçün başlatdığı dezinformasiya kampaniyasının bir hissəsi olduğuna dair etibarlı məlumatlar var”, – ABŞ rəsmisi Washington Post-a deyib. Digər tərəfdən iki ABŞ və Avropa rəsmisi bu istiqamətdə bir kəşfiyyat məlumatı olduğunu açıqlayıb.

Çərşənbə axşamı Moskva administrasiyası Ukrayna sərhədindəki əsgər və maşınların geri çəkildiyini, qalanlarının isə geri çəkiləcəyini açıqlasa da, ABŞ və NATO başda olmaqla bir çox ölkə və qurumların rəhbərləri bu bəyanatı real görməyiblər.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın geri çəkilməsinə dair heç bir dəlil olmadığını deyib.

KİMYƏVİ SİLAH İDDİASI

Digər tərəfdən, Washington Post qəzetinə danışan iki ABŞ rəsmisi daha dəhşətli ssenari ilə bağlı açıqlamalar verdi…

Adlarını açıqlamayan rəsmilər, “Rusiyanın hücumu bölgədəki mülki şəxslərin kimyəvi silahlarla öldürülməsini də əhatə edə bilər” deyib. Daha sonra o, meyitləri sübut kimi göstərərək Ukraynanın mülki insanları kimyəvi silah və qazla öldürdüyünü iddia edəcək”.

RUSİYADAN YENİ AÇIQLAMA

ABŞ-ın bu iddialarından sonra, Moskva rəhbərliyi bölgədən əsgər və silahların çəkilməsi ilə bağlı yeni açıqlama verib.

Rusiya xəbər agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən yazıb ki, tanklar və zirehli silahlar olan karvan bölgəni tərk etməyə hazırlaşır.

Moskvanın qoşunlarını Ukrayna sərhədindən çıxaracağı ilə bağlı açıqlamalarından sonra, beynəlxalq ictimaiyyət Rusiya ordusunun bölgədəki fəaliyyətinə diqqətlə baxmağa başlayıb. Qərb ölkələri Rusiyanın geri çəkilməsinə dair heç bir aydın əlamətin olmadığını izah edərkən, Rusiyanın qoşunları geri məsi bir yana, bölgəyə daha çox qoşun yerləşdirdiyini iddia edirlər.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »