NAZİRLƏ GÖRÜŞ – Azərbaycanda IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsal oluna bilər

0

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə, nazir Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, zəngin təbii resursları barədə məlumat verib, biznes üçün geniş imkanları vurğulayıb.

R.Smirnov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri və investisiya planları barədə danışıb, şirkətin Azərbaycanda yaradılmış sənaye zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Tərəflər nazirliyin Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.

Yaxın günlərdə 300 ədəd “İVECO” markalı yeni avtobus da Bakı şəhərinin  marşrut şəbəkəsində istismara buraxılacaq - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »