Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib

0

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin və C.Cabbarlı adına mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Rauf Məhərrəm oğlu İbadovun ailəsini ziyarət edib.

İctimairey.az xəbər verir ki, görüş zamanı şəhidin ruhuna dualar oxunub. Qeyd edilib ki, Vətən müharibəsi başladığı ilk gündən döyüşlərə qatılan Rauf Cəbrayıl, Füzuli, Hadrut, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətə görə manqa komandiri təyin olunub. Oktyabrın 23-də Laçın ərazisində gedən döyüşlərdə sona qədər düşmənlə vuruşaraq qəhrəmancasına həlak olub.

Rauf İbadov oktyabrın 30-da Abşeron rayon Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Görüş zamanı şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib. AZƏRTAC-a

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »