Samsung yeni nəsil Galaxy S22 smartfonlarını təqdim edib

0

Cənubi Koreyanın “Samsung” şirkəti Galaxy S22 flaqman smartfon seriyasını təqdim edib.

Smartfonun üç versiyası mövcüd olacaq: Galaxy S22 və Galaxy S22+, eləcə də ən üstün versiya – Galaxy S22 Ultra.

Galaxy S22 smartfonları yerə düşəndən sonra ön və arxa hissələrini zədələnməsindən qoruyan yeni “Corning Gorilla Glass Victus+” ilə təchiz edilmiş ilk smartfonlardır.

Baza modeli (Galaxy S22) 24-dən 120 Hz-ə qədər tezliyi olan AMOLED ekrana malikdir. Cihaz IPX8 standartına uyğun olaraq sudan qorunur. Əvvəlki nəsillə müqayisədə akkumulyatorun tutumu 4000 mA/saat-dan 3700 mA/saat-a qədər azalıb.

Yeni smartfonlar nəslindən əlavə olaraq, “Samsung” yenilənmiş Tab S8, S8+ planşetlərini (üç rəngdə mövcuddur), həmçinin Tab S8 Ultra-nı təqdim edib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »