PAST: Rusiya raketlərini geri alır, amma, bu raketlərə görə David Qalstyan mühakimə olunur?

0

2027-ci ilə qədər Rusiya Müdafiə Nazirliyi 80 mm kalibrli S-8 raketləri ilə silahlanacaq 98 yeni Mi-28 helikopteri alacaq. Bu barədə “Past” qəzeti yazır.

“Raketlər ötən əsrin 60-cı illərində hazırlanıb və yüksək effektivlik nümayiş etdirdiyi Əfqanıstanda geniş istifadə olunub. Bu raketləri sovet, daha sonra isə Rusiya silahları almış ölkələr, o cümlədən Ermənistan da alıb. İndi də Rusiya 1991-ci ildəki belə raketlərin geri alınması üçün, 9,7 milyard rubl ayırıb. Söhbət vaxtilə Rusiya Federasiyasında istehsal olunan və başqa ölkələrə tədarük edilən eyni raketlərin qalıqlarından gedir.

Bu məlumat Ermənistan üçün diqqətəlayiqdir ki, Ermənistanı silahla təmin edən şirkətin hazırkı rəhbəri David Qalstyan (Patron David) və keçmiş müdafiə naziri David Tonoyan hazırda keyfiyyətsiz raketlər almaqda ittiham olunurlar. Üstəlik, söhbət yuxarıda qeyd olunan raketlərdən gedir. Bir neçə il əvvəl David Qalstyan Ermənistan Müdafiə Nazirliyinin sifarişi ilə bu raketlərdən 4232 ədəd alıb. Və Rusiyanın bu raketləri nəinki satmaması, hətta almağa başlaması, onların sayı kifayət qədər az olduğundan, özlüyündə bu raketlərin yüksək keyfiyyətə malik olmasından və istifadə müddəti bitmədiyindən xəbər verir”, – qəzet yazır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »