Gürcüstan “Beynəlxalq Şəffaflıq təşkilatının  korrupsiya təsəvvür İndeksində 45-ci yeri tutub.

0

2021-ci ildə Gürcüstan bu göstəricini bir pillə pisləşdirərək 55 bal toplayaraq,  “Beynəlxalq Şəffaflıq təşkilatının  korrupsiya təsəvvür İndeksində 45-ci yeri tutub.

Araşdırmada qeyd olunur ki, 180 ölkə arasında reytinqdə 45-ci yerdə olan Gürcüstan Şərqi Avropa və Mərkəzi Asiya regionunda liderliyini qoruyub saxlayır.

“Korrupsiya İndeksi ən çox istifadə edilən qlobal korrupsiya reytinqidir. O, ekspertlərin və biznes sektorunun mülahizələrinə əsaslanaraq, hər bir ayrı-ayrı ölkənin dövlət sektorunda korrupsiyanın səviyyəsini ölçür.

Korrupsiya Təsəvvür İndeksi dövlət sektorunda korrupsiyanın yayılmasını 0-dan (ən yüksək qəbul edilən korrupsiya) 100-ə (ən aşağı qəbul edilən korrupsiya) miqyasda ölçür. İndeks nüfuzlu beynəlxalq təşkilatların sorğu və araşdırmalarının məcmusudur və hər birində müxtəlif ölkələrdə korrupsiya ilə bağlı vəziyyətin qiymətləndirilməsi öz əksini tapır.

2021-ci il indeksində Gürcüstanın xalları aşağıdakı tədqiqatlara əsaslanıb: Bertelsmann Fondunun Çevrilmə İndeksi, Dünya Ədalət Layihəsinin Qanunun Aliliyi İndeksi, Qlobal Insight ölkə risk reytinqi, Freedom House sorğusu, Demokratiya Seçimləri Layihəsi, Dünya İqtisadi Forumunun Biznes Liderliyi Rəy Sorğusu.

 

 44 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »