Əməkdar idman ustası koronovirusdan VƏFAT ETDİ

0

Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin boks üzrə müəllimi Mahir Hüseynov koronovirusdan vəfat edib. Mahir Hüseynov Gəncə boks məktəbini yaradan şəxslərdən biri kimi tanınıb

İdman ustası uzun müddət Gəncə şəhər modul tiplə xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İctimairey.az xəbər verir ki,  Mahir Hüseynov SSRİ-nin və Azərbaycanın Əməkdar idman məşqçisi, İdman ustası titullarına layiq görülüb.

Onun yetirmələri Avropa və Dünya çempionatında mükafatlar qazanıblar.

Allah rəhmət eləsin.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »