SON XƏBƏR: Zelenski özünü ABŞ prezidenti ilə müqayisə edib və Rusiyaya qarşı…

0

Ukrayna prezidenti Zelenski “Washington Post” qəzetinə müsahibəsində özünü ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanla müqayisə edib və ona heyran olduğunu vurğulayıb.

Ukrayna lideri Rusiyaya mümkün “işğal”dan danışarkən və onun, hərbi təhsili olmayan şəxsin “bu kabusun” öhdəsindən necə gəldiyi sualına cavab verərkən xatırladıb ki, Ronald Reyqan “hərbi adam da deyildi”.

“Mənim ondan xoşum gəlir. Mən onu şəxsən tanımırdım. Ancaq mübarizə aparan və istədiyi nəticəni əldə edən insanlara böyük hörmətim var”, – deyə Vladimir Zelenski bildirib.

Qeyd edək ki, Ronald Reyqan 1937-1976-cı illərdə 50-dən çox filmdə çəkilib. 4 noyabr 1980-ci ildə ABŞ-ın 40-cı prezidenti seçildi. Dörd il sonra yenidən seçilib. Reyqan hakimiyyəti dövründə Sovet İttifaqını “şər imperiyası” elan edib, lakin Mixail Qorbaçovun hakimiyyətə gəlməsi iki ölkə arasında münasibətləri dəyişib.

İctimairey.az xəbər verir ki,  Ukrayna lideri “The Washington Post”a müsahibəsində fikirlərini bölüşərək vurğulayıb ki, Rusiyaya qarşı dərhal sanksiyaların tətbiq edilməlidir.

Vladimir Zelenski Rusiyanın ona qarşı mümkün yeni sanksiyalardan sağ çıxa biləcəyinə əmindir və bu baxımdan bunu “artıq indi” etməyə çağırıb.

Hətta əhəmiyyətli sanksiyalar tətbiq edəndən sonra, onlar sizə baxıb deyəcəklər: “Bax, biz bunun öhdəsindən gələ bilərik”… Mən indi sanksiyaların tətbiqini dəstəkləyirəm”, – Zelenski bildirib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »