Naxçıvanda son 5 ilin ən yüksək göstəricisi – 573 milyon 380 min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub

0

Ötən il muxtar respublikada 573 milyon 380 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, 2020-ci illə müqayisədə 5,3 faiz çoxdur.

İctimairey.az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2020-ci ildə 4,6 faiz, 2019-cu ildə 4,5 faiz, 2018-ci ildə 4,4 faiz, 2017-ci ildə isə 4 faiz artıb. Bu mənada ötən il muxtar respublikada kənd təsərrüfatı sahəsində əldə edilən artımın həcmi son 5 ildə qeydə alınmış ən yüksək göstəricidir.

Qeyd edək ki, muxtar respublikada 2021-ci ilin məhsulu üçün 64 min hektardan artıq sahədə əkin aparılıb. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil edib, 103 min tondan artıq məhsul yığılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »