Qazaxıstanın yeni hökuməti yanvarın 12-də iclas keçirəcək

0

Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.

İctimairey.az xəbər verir ki, çərşənbə günü, yanvarın 12-də Nur-Sultandakı Hökumət Evində Qazaxıstanın yeni hökumətinin ilk iclası keçiriləcək. Bu barədə Qazaxıstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iclasın gündəliyinə prezident Kasım-Jomart Tokayevin yanvarın 11-də parlamentdə çıxışı zamanı verdiyi tapşırıqların icrası ilə bağlı tədbirlər daxildir.

Nazirlər Kabinetinin üzvləri ölkədəki sanitar-epidemioloji vəziyyəti də müzakirə edəcəklər.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.

Hökumətin tərkibinə baş nazirin 4 müavini, baş nazir aparatının rəhbəri və 16 nazir daxildir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »