🇷🇺 Rusiyanın KTMT tərkibində Qazaxıstana göndərdiyi “sülhməramlılar”🤣

0

31-ci hava-desant briqadası – II Çeçen müharibəsində və Cənubi Osetiya müharibəsində iştirak edib. Bosniya müharibəsi zamanı humanitar karvanları müşaiyət edib.

98-ci hava-desant diviziyası – 1996-cı ildə Bosniya və Herseqovinada, 1998-ci ildə Abxaziyada, 1999-cu ildə Kosovada, 2014-cü ildə Donbas müharibəsində iştirak edib. Rusiya diviziyanın Donbasdakı iştirakını təkzib etsə də, Ukrayna ordusu diviziyanın bir neçə hərbçisini əsir götürdükdən sonra fakt ortaya çıxıb. Rusiya tərəfi isə hərbçilərin sərhəddə azaraq, qonşu ölkənin ərazisinə keçdiyini bildirib. 2014-cü ildə Minsk danışıqları zamanı rus hərbçilər Moskvaya təhvil verilib.

45-ci hava-desant elit qüvvələri – Birinci və İkinci Çeçen müharibəsində, 2008-ci ildə Cənubi Osetiya döyüşlərində, 2014-cü il Krımın işğalında iştirak ediblər. Həmçinin, Suriya döyüşlərinin də aktiv iştirakçılarıdır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »