Qazaxıstan Səhiyyə Nazirliyi:  Etirazlar zamanı 164 nəfər ölüb

0

Qazaxıstan Səhiyyə Nazirliyi bazar günü bildirib ki, iğtişaşlar 164 nəfərin həyatına son qoyub.

İctimairey.az xəbər verir ki,  bu məlumatı Qazaxıstanın teleqram kanalları yayıb.

Səhiyyə Nazirliyinin məlumatında ​​ölkənin üç rayonu və ən böyük şəhəri göstərilib. Almatıda 103 nəfər (o cümlədən iki uşaq), Qızılorda vilayətində – 21 nəfər, Cambil vilayətində – 10, Almatı vilayətində – 8 nəfər həlak olub. Qalan 22 qurbanın hansı şəhər və rayonlara aid olduğu məlum deyil.

Qazaxıstan hakimiyyəti yanvarın 5-dən bəri ilk dəfə olaraq, qurbanlar haqqında məlumatı dərc edib. Bundan əvvəl Daxili İşlər Nazirliyinin 28 əməkdaşının və 26 “silahlı şəxsin” həlak olması barədə məlumat yayılmışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »