Dünya Türkiyədən nə istəyir . Çirkin ,Qərəzli Dünya siyasəti

Azərbaycanın arxasındayıq. Savaşı haqq savaşıdır. ‼️ Bizim haqlı və ya haqsız olmamızı isə zaman göstərəcək. Lakin dünyaya və deyilənlərə virtual yox real gözlə baxın.

0

🇹🇷 Hazırda lirənin çökdürülməsi prosesi gedir. İxracat isə rekord həddə çatıb. Ərdoğanın fikri məhz ixracatı daha da çoxaltmaqdır. Düzdür xalqın bir hissəsi bahalıqdan əziyyət çəkir.

Türk ordusu

Lakin xalq iradəli olaraq çox şeyin öhdəsindən gələcək. Biz inanırıq ki, yaxın zamanda xalq özü də dəyişikliklərin müsbət cəhətin hiss edəcək. Onun bunun boyunduruğu altında qalmaq və əzikliyi xalqa bilərəkdən kənar qüvvələr yeridir.

Türk ordusu 

Türkiyənin son illərdə inkişaf etmiş silah sənayesi Qərbi və Rusiyanı qorxudur. Rusların dünyaya sırıdığı silahların Qarabağda, Liviyada Suriyada PUA qarşısında necə gücsüz qaldığını dünya izlədi.

Türk ordusu

Öz milli döyüş gəmisini, tankını, helikopterini, atıcı və dağıdıcı silahlarını hazırlayan güclü orduya malik Türkiyə hazırda Avropa Qərb və Rusiya üçün qorxulu rəqib kimi qəbul edilib. Dövlətin dövlətçiliyini təmin edən isə məhz güclü ordudur. Ordu quruculuğunu qaydasına salan hakimiyyət indi də, dövlətin iqtisadiyyatını kənar əllərdən çıxarmaq istəyir. Baş verən təlatümlər məhz buna görədir.

Türk ordusu

Türkiyəyə oynan oyun barədə Rokfellerin kitablarında tanış ola bilərsiz.
⛔ 90 cı illərdə Kəlbəcərdən ana bacılarımızı, qocalarımızı çıxarmaq üçün helikopteri verməyən Türkiyə iqtidarı indi isə bütün top tüfəngi və texnikası, mənəvi siyasi hər sahədə Qarabağ savaşında arxamızda durdu. İndi Türkiəyəyə qarşı edilən hücumların səbəblərindən biri də, Qarabağda onların bizə etdiyi yardımlara görədir. Hələ Oktyabrın 8 də Cəbrayıl döyüşündə erməni korpusu darmadağın edilən kimi, Kreml dərhal atəşkəs tələb etdi və dedi hərə durduğu yerdə olsun. Hətta Prezidentimiz özü dedi mənə xaricdən təsir etmək istəyirlər lakin mən onların qarşısında durmuşam. Əlbətdə təkbaşına hegemonların qabağında durmaq çətin olardı. Məhz Ərdoğan burada siyasi iradə ortaya qoyaraq dedi sonuna qədər Azərbaycanın arxasındayıq. Savaşı haqq savaşıdır.
‼️ Bizim haqlı və ya haqsız olmamızı isə zaman göstərəcək. Lakin dünyaya və deyilənlərə virtual yox real gözlə baxın.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »