İndoneziyalılar bu səhər 6 bal gücündə zəlzələyə oyanıb 

0

Dekabrın 5-də səhər saatlarında İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

İctimairey.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Şimali Maluku əyalətinin Tobelo şəhərindən 268 kilometr şimalda, ocağının 33 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »