Makron: Britaniyanı “kloun” Conson idarə edir

0

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Boris Consonu təlxək adlandırıb və onunla iş görməyi sirklə müqayisə edib.

İctimairey.az xəbər verir ki, bu barədə bu gün, dekabrın 2-də “Sky News” telekanalı Fransanın “Canard Enchaine” satirik həftəlik nəşrinə istinadən məlumat yayıb.

Sky News xəbər verir ki, Makron 24-25 noyabr tarixlərində Xorvatiyaya səfəri zamanı Conson haqqında xoşagəlməz danışıb. Telekanal xatırladıb ki, Fransa prezidentinin səfəri Pas-de-Kale sularında miqrantlarla birlikdə 27 nəfərin qayıq qəzasının qurbanı olmasından bir neçə saat sonra başlayıb. Böyük Britaniyanın baş nazirinin mətbuat xidməti noyabrın 24-də bildirib ki, Conson və Makron miqrantların La-Manş boğazı boyunca qanunsuz hərəkətini dayandırmaq üçün, hər şeyi etməyə razılaşıblar.
“Biz böyük söhbətlər aparırıq, amma ondan əvvəl qeyd edim ki, Conson mənə qeyri-adi görünür. Həmişə eyni sirk. Bir təlxəkin rəhbərliyi altında, belə böyük bir ölkənin idarə olunmasını görmək çox kədərlidir” – deyə Sky News Canard Enchaine-in məqaləsində Makrondan sitat gətirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »