Gürcüstanda kömür karxanası çöküb, ölən və xəsarət alan var

0

Gürcüstanın Tkibuli bölgəsində kömür karxanasında çökmə nəticəsində 1 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir neçə saat davam edən axtarış-xilasetmə işlərindən sonra daha 1 nəfər yaralı vəziyyətdə xilas edilib.

O, xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 240-cı maddəsi (təhlükəsizlik qaydalarının pozulması) üzrə cinayət işi açılıb.

Məlumata görə, qəza açıq karxanada icazəsiz kömür çıxarılan zaman baş verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »