Fransa sahillərində 31 miqrant boğulub, yalnız iki nəfər xilas edilib

0

Fransanın daxili işlər naziri Cerald Darmanen ölkə sahillərində Pas-de-Kale sularında miqrantların olduğu qayığın batması nəticəsində 31 nəfərin öldüyünü bildirib. Digər mənbələrə görə, 27 nəfər həlak olub. Qayıqda ümumilikdə 33 miqrantın olduğu qeyd edilir. İkisi sağ qalsa da, həkimlər indi onların həyatları üçün mübarizə aparırlar.

İctimairey.az BFM telekanalının məlumatına görə bildiri ki, ölənlər arasında biri hamilə olan 5 qadın və bir azyaşlı qız da olub.

Darmanen əlavə edib ki, Fransa polisi faciəyə görə məsuliyyət daşıya biləcək dörd daşıyıcını saxlayıb.

La-Manş kanalında baş verən faciədən sonra Fransa prezidenti Emmanuel Makron Aİ sərhədlərində nəzarəti gücləndirməyə çağırıb. O vurğulayıb ki, ölkə La-Manş kanalının “qəbiristanlığa çevrilməsinə” icazə verməyəcək.

Öz növbəsində Böyük Britaniyanın baş naziri Boris Conson Fransa hökumətini miqrantları Böyük Britaniyaya qanunsuz keçirən cinayətkar qruplarla mübarizəyə daha çox diqqət yetirməyə çağırıb.

“Mən La-Manşın o biri tərəfindəki həmkarlarımıza deyirəm ki, hamımızın irəli addım atmağın, əməkdaşlıq etməyin və indi sözün əsl mənasında ölüm təhlükəsi yaradan qruplarını məhv etmək üçün əlimizdən gələni etməyin vaxtıdır” – Conson qeyd edib.

Baş nazirin sözlərinə görə, faciə Fransadan Böyük Britaniyaya gedən dəniz yolunun nə qədər təhlükəli ola biləcəyini, eləcə də Fransa hakimiyyətinin La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün, həyata keçirdiyi əməliyyatın istənilən effekti vermədiyini göstərib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »