Bolqarıstanda faciə: Ən azı 45 nəfər həlak olub: onların arasında 12 uşaq

0

Bolqarıstanda avtobusun qəzaya uğraması nəticəsində 45 nəfər ölüb.

İctimairey.az BGNES-ə istinadən xəbər verir ki, qəza nəticəsində Makedoniyadan gələn avtobus yanıb.
Hadisə gecə saatlarında Sofiya – Blaqoyevqrad magistralında baş verib. Avtobusda 52 nəfər olub. Ölənlərin hamısı Türkiyədən qayıdan Makedoniya vətəndaşlarıdır. Ölənlər arasında avtomobilin sürücüsü də var. Yeddi nəfər sağ qalıb. Onlar tibb müəssisəsinə göndərilib.

Təsdiqlənməmiş məlumatlara görə, avtomobil hasara çırpılaraq aşıb. Qəza ilə əlaqədar avtomobil yolunun Daskalovo qovşağından Dolna Dikanyaya qədər olan hissəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

KİV-in məlumatına görə, avtobusda Makedoniya sənədləri var. Şimali Makedoniyanın baş naziri Zoran Zaev qəza və insan tələfatı ilə bağlı başsağlığı verib.

Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »