Almaniya: Almanlar ya COVID-19-a qarşı peyvənd olunmalı, ya da öləcəklər

0

Almaniyanın Səhiyyə naziri Spahn deyib ki, almanlar ya COVID-19-a qarşı peyvənd almalıdılar, ya da ölməlidilər.

Almanların böyük əksəriyyəti ya koronavirusa qarşı peyvənd olunmalı, ya xəstələnəcək, ya da qışın sonuna qədər öləcək.

İctimairey.az AFP mediyasına istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniyanın Səhiyyə naziri Yens Şpan çıxış edib.
“Yəqin ki, bu qışın sonuna kimi, bəzən kinayə ilə deyildiyi kimi, Almaniyada demək olar ki, hər kəs ya peyvənd olunacaq, ya sağalacaq, ya da öləcək.

Spahn vurğulayıb ki, Almaniyada bir çox xəstəxanalarda “çox, çox çətin vəziyyət” yaşanır.

Almaniya son həftələrdə pandemiyada COVID-19-a ən çox yoluxma halına sahibdir. Robert Koch İnstitutunun prezidenti Lotar Uilerin sözlərinə görə, hazırda ölkədə 500 000-dən çox aktiv koronavirus xəstəsi var. “Bütün Almaniya böyük bir epidemiya bölgəsidir. Bu, milli fövqəladə vəziyyətdir” – deyib.
Xatırladaq ki, Civey-nin Spiegel nəşri üçün keçirdiyi sorğunun nəticələrindən irəli gələn məlumata görə, alman sakinlərinin 70%-dən çoxu koronavirusa qarşı məcburi peyvənd olunmasının tərəfdarıdır.
Eyni zamanda, bütün yaş qrupları əsasən tədbiri dəstəkləyir: 65 yaşdan yuxarı vətəndaşlar məcburi peyvəndin lehinə (87%), ən az 18 yaşdan 29 yaşa qədər olan kateqoriya tərəfindən dəstəklənib (53%) .

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »