Çavuşoğlu Ermənistan Silahlı Qüvvələrinin təxribatlarını Azərbaycana qarşı terror aktı adlandırıb

0

Türkiyə Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək, Türkiyə diplomatiyasının rəhbəri bildirib
Ermənistan Azərbaycana qarşı təxribatların səmərəsizliyini dərk etməli və regionda sülh təşəbbüslərini dəstəkləməlidir.
İctimairey.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü Ankarada Bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əl Zayani ilə birgə mətbuat konfransında deyib.
Türkiyə diplomatiyasının rəhbəri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat xarakterli hərəkətlərini pisləyib, bunu Azərbaycana qarşı terror aktı adlandırıb.
Türkiyə qardaş Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək, Çavuşoğlu əmin edib.
Türkiyənin xarici işlər naziri regionda sülh və sabitliyin təmin olunması üçün birgə addımlar atmağa çağırıb: “Ermənistan hazırdırsa, deməli Türkiyə də hazırdır. Təxribatlar İrəvan üçün uğursuzluğa çevriləcək”.
Türkiyə diplomatiyasının rəhbəri xatırladıb ki, Bakı dəfələrlə İrəvana sülh razılaşması əldə etməyi təklif edib, lakin Ermənistan tərəfi təxribatlarını dayandırmır.
Çavuşoğlunun sözlərinə görə, Ankara regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın yeni səhifəsinin açılmasının tərəfdarıdır.
“İrəvan birdəfəlik etiraf etməlidir ki, bu, Ermənistan tərəfindən qeyri-qanuni işğal olunmuş Azərbaycan əraziləridir”, – nazir bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »