Sankt-Peterburqda baş verən yanğın üçüncü dərəcəyə yüksəlib

0

Sankt-Peterburqun cənubunda, Puşkin rayonunda yanğının söndürülməsi davam edir. Fövqəladə Hallar Nazirliyinin şəhər Baş İdarəsindən verilən məlumata görə, yanğının dərəcəsi üçüncü yerə yüksəlib, yanğının sahəsi xeyli artıb.

Xəbər verilir ki, Lensovetovskaya yolu, 353 ünvanında yerləşən anbar yanır. Fövqəladə vəziyyət barədə xəbər saat 13.40-da daxil olub. Saat 14.09-da yanğına ikinci çətinlik dərəcəsi verildi və bir saat sonra, saat 15.19-da üçüncü dərəcə olduğu xəbəri yayılıb.

Son məlumata görə, yanğın iki min kvadratmetri, yəni anbarın bütün ərazisini əhatə edib. Anbarda nə saxlanıldığı barəsində məlumat verilmir.

Zərərçəkənlər barədə məlumat yoxdur. Yanğınla mübarizəyə FHN-nin 54 döyüşçüsü və 14 texnikası cəlb olunub.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »