Bütün məhbusların geri qaytarılmasına çağırırıq: ABŞ Dövlət Departamentinin müharibənin bitməsinin ildönümü ilə əlaqədar bəyanatı

0

Birləşmiş Ştatlar 44 günlük müharibə zamanı əsir düşənlərin hamısını geri qaytarmağa çağırıb.
Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays müharibənin başa çatmasının 44-cü ildönümü ilə bağlı bəyanatında deyilir.

“Bu həftə ABŞ və beynəlxalq ictimaiyyətin diqqəti Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda 44 gün davam edən şiddətli hərbi əməliyyatlara son qoyan atəşkəsin ildönümünə yönəlib. Ötən ilki döyüşlərdə həlak olanların və yaralananların hamısının ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bütün qalan hərbi əsirlərin qaytarılmasına, bütün itkin düşmüş şəxslərin müəyyən edilməsinə, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin hərtərəfli minalardan təmizlənməsinə və beynəlxalq humanitar təşkilatlara ehtiyacı olanlara çıxış imkanının verilməsinə çağırırıq. Biz insan haqları və humanitar qanun pozuntuları ilə bağlı araşdırmalara çağırırıq.

Birləşmiş Ştatlar Cənubi Qafqazda təhlükəsiz, sabit, firavan və dinc gələcəyinin tərəfdarıdır. Biz Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün potensial problemlərin hərtərəfli həlli yollarını axtarmaq üçün Minsk Qrupunun həmsədrləri çərçivəsində qarşılıqlı fəaliyyəti intensivləşdirməyə çağırırıq”, – deyə Dövlət Departamentinin bəyanatda bildirilib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »