Gədəbəydə 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir təşkil olunub – FOTO

0

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü ərəfəsində “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb. Sonra giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Eyni zamanda, tədbirdə “Vətən müharibəsi” mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə Gədəbəy Uşaq İncəsənət Məktəbinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin və 1 saylı şəhər tam orta məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm nümunələri nümayiş olunub.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »