Şimali Makedoniyanın baş naziri istefa verdi

0

Siyasətçi bu qərarı partiyasının yerli seçkilərdə məğlub olmasından sonra verib.

Şimali Makedoniya hökumətinin başçısı Zoran Zaev tutduğu vəzifədən, eləcə də Makedoniya Sosial Demokrat İttifaqının (SDU) sədri vəzifəsindən istefa verib.

Bu, Zaevin rəhbərlik etdiyi SDSM partiyasının ölkənin əksər bölgələrində yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turunda uduzduqdan dərhal sonra baş verib.

Nazirlər Kabinetinin rəhbəri qərarını bazar günü, oktyabrın 31-də keçirdiyi mətbuat konfransında açıqlayıb.

Siyasətçi opponentlərini seçkidəki uğurları münasibətilə təbrik edib.

Zaev eyni zamanda qeyd edib ki, o, siyasətdən getməyə hazırlaşmır və SDSM-nin fəaliyyətində iştirakını davam etdirəcək.

Seçki kampaniyası zamanı Zaev Skopye bələdiyyəsinin başçısı postuna SDSM-nin namizədi Petre Şileqov seçkidə uduzacağı təqdirdə istefa verəcəyini açıqlayıb.

İlkin məlumatlara görə, Şileqovun rəqibi, müstəqil namizəd Danela Arsovska seçkilərə rəhbərlik edir və onun paytaxt administrasiyasının rəhbəri olmaq ehtimalı daha yüksəkdir.

Yerli seçkilərin ikinci turunda Şimali Makedoniya sakinləri ölkədəki 45 bələdiyyənin başçısını seçəcəklər.

Ölkə üzrə 2481 seçki məntəqəsində səs verə bilən 1 milyon 353 min 990 seçici qeydə alınıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »