Tbilisi “3+3” formatına qoşulacaqmı?

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Cənubi Qafqazda “altılıq platforması” yaratmaq ideyasına mənfi münasibət bəslədiyini, lakin bu layihənin həyata keçiriləcəyi təqdirdə regionun sülh platformasına çevrilə biləcəyini bildirib.

İctimairey.az xəbər verir ki, platformanın formalaşdırılması üzrə danışıqlar gedir. Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla birgə mətbuat konfransı zamanı tərəflərin “3+3” formatının yaradılması imkanını müzakirə etdiklərini bildirib. Lavrov İranın Türkiyə və Azərbaycan kimi bu təşəbbüsə müsbət münasibət bəslədiyini qeyd edərək, Gürcüstanın da Qafqazın inkişafı ilə bağlı məsləhətləşmələr və qərarların razılaşdırılması mexanizminin yaradılmasında maraqlı olacağına ümid etdiyini bildirib.

Oktyabrda Gürcüstan Xarici İşlər Nazirliyi departament rəhbəri David Zalkalianinin guya gürcü tərəfinin Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiyanın və Türkiyənin iştirakı ilə “3+3” formatında danışıqlarda iştiraka hazır olduğunu təsdiqləməsi ilə bağlı məlumatları təkzib edib.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »