Meksikada son 4 gündə iki jurnalist öldürülüb

0

Hər iki jurnalist naməlum şəxslərin hücumuna məruz qalıb.

Dörd gün ərzində Meksikada ikinci jurnalist qətli törədilib.

İctimairey.az xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsinin sözçüsü Yan Albert Hutsen bildirib ki, Akapulkoda hücuma məruz qalan fotojurnalist Alfredo Kardoso xəstəxanada dünyasını dəyişib.

Prokurorluq açıqlamasında Kardoso xəbər portalının əməkdaşının xəstəxanaya yerləşdirildiyini, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadığını qeyd edib.

Bundan əvvəl, oktyabrın 28-də Çiapas ştatının Tuxtla Qutierrez şəhərində yerli qəzetdə jurnalist işləyən Freddi Lopez Arevaloya hücum edilib və öldürülüb.

Xatırladaq ki, 2000-ci ildən bəri ölkədə öldürülən jurnalistlərin sayı 130-u ötüb.

İctimairey.az

 31 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »