Zəfər tariximizin Qəhrəmanları:Tarix yazmış igidlərimizi tanıyaq!

0

Gülüşov Tərlan Salman oğlu 1994-cü il oktyabrın 16-da Salyan rayonun Abad kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında baş leytenant hərbi rütbəsində ləyaqətlə xidmət etmiş Tərlan Gülüşov, xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Tərlan Gülüşov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Xocavənd rayonunun işğaldan azad edilməsində şəxsi igidliyi və şücaəti ilə fərqlənib. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və 2020-ci il oktyabr ayının 22-də ən ali zirvəyə, Şəhadətə yüksəlib.

Kərimov Ağamoğlan Yusif oğlu 2002-ci il aprelin 18-də Salyan rayonunun Xocalı kəndində anadan olub. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq ölkəmizin suverenliyi uğrunda Cəbrayıl, Laçın və Qubadlı istiqamətində gedən döyüşlərdə şücaətlər nümayiş etdirib. Ağamoğlan Kərimov, Qubadlıda qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığını yerinə yetirərkən 22 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub.

Talıbzadə Ceyhun Aqil oğlu 1994-cü il noyabrın 30-da Salyan rayonunun Şorsulu kəndində anadan olub. Ceyhun idmanla məşğul olub və bir çox yarışlarda nailiyyətlər qazanıb. Sərbəst güləş üzrə Azərbaycan Birinciliyinin gümüş medalçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ceyhun Talıbzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirib və oktyabrın 22-də şəhidlik zirvəsinə yüksəlib. 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən Tərlan Salman oğlu Gülüşov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, Ağamoğlan Yusif oğlu Kərimov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Ceyhun Aqil oğlu Talıbzadə “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

Nur içində yat Şəhidim!
Jalə ƏHMƏDOVA Mllət Vəkili

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »