CK “Nuri” kosmik raketinin uçuşu uğursuzluqla nəticələndi

CK “Nuri” kosmik raketinin uçuşu uğursuzluqla nəticələndi

0

Cümə axşamı günü buraxılan, Nuri (“Nuri”) olaraq da bilinən ilk yerli istehsallı Cənubi Koreya raketinin KSLV 2 -nin buraxılması tamamilə uğurlu olmayıb. Bunu Naro Milli Kosmos Mərkəzində çıxışı zamanı Koreya Respublikasının Prezidenti Mun Çje İn deyib.

Onun sözlərinə görə, “Nuri” kosmik raketi uçuşun bütün mərhələlərini başa vursa da, orbitə peyk maketini çıxara bilməyib.

“Nuri -nin sınaq buraxılışı tamamlandı. Mən bununla qürur duyuram. Təəssüf ki, məqsədə çatmadıq, amma çox təqdirəlayiq bir nailiyyət əldə etdik”, – deyən KR Prezidenti raketin 700 km yüksəkliyə qalxdığını vurğulayıb. “Ancaq peyk maketinin orbitə çıxarılması hələ də həll olunmamış bir problem olaraq qaldı” – deyə əlavə edib.

İctimairey.az Cənubi Koreyanın Elm, Texnologiya və Kommunikasiya Nazirliyindən verilən məlumata görə bildirir ki, 16 dəqiqə fəzada qalan raketin üçüncü mərhələ mühərriklərinin işində problemlər yaranıb. Vaxtından əvvəl iş dayandırıldığından, faydalı yük orbitə girmək üçün, kifayət qədər yüksək sürət impulsu almayıb.

Daha əvvəl isə, Naro kosmik mərkəzi uçuşun uğurlu olduğunu dərhal xəbər verib.

Əgər uçuş uğurlu alınsaydı, Cənubi Koreyanın adı tamamilə öz istehsalı olan raket buraxılması üzrə, dünyanın yeddinci ölkəsi sırasına düşəcəydi.

KSLV raketinin hazırlanması 2010 -cu ildən etibarən Koreya Aerokosmik Tədqiqatlar İnstitutu (KARI) tərəfindən həyata keçirilir. 200 tonluq üç mərhələli KSLV-II (Koreya Kosmik Fırlatma Vasitəsi II) raketinin hündürlüyü 47,2 m və diametri 3,5 m-dir.

Cənubi Koreya bu üç mərhələli raket sisteminə təxminən 1,8 milyard dollar sərmayə qoymuşdur. Yeni sınaq versiyası bu ilin iyun ayında təqdim edilmişdi.

Uçuş tamamilə uğurlu olmasa da, ikinci 200 kiloqramlıq KSLV-II raketi peykini orbitə çıxarılacaq.

2013 -cü ildə Seul, ilk mərhələsi Rusiyada qurulan ilk KSLV 1 kosmik raketini uğurla buraxıbdı. İlk iki buraxılışı (2009 və 2010-cu illərdə) Koreya istehsalı olan avadanlıqlarla əlaqədar problemlər üzündən uğursuzluqla başa çatıb.

KSLV-II raketi kommersiya peyk buraxılış xidmətləri üçün nəzərdə tutulmuşdur. Belə bir buraxılışın dəyəri 30 milyon dollar olaraq qiymətləndirilir ki, bu da Asiyadakı rəqiblərindən azdır.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »