Fevral ayında Myanmada hakimiyyəti ələ keçirən ordu generalı, bu ayın sonunda keçirilən regional liderlərin illik sammitindən qovulub.
Cənub-Şərqi Asiya Millətləri Birliyi (Asean) general Min Aunq Xlainin yerinə Myanmadan siyasətçi olmayan bir nümayəndənin dəvət edilməsinə razılıq verib.
Bu, ənənəvi olaraq üzvlərinin işlərinə qarışmaqdan çəkinən 10 üzvdən ibarət blok üçün görünməmiş bir hərəkətdir.
Asean ordunun Myanmadakı iğtişaşları sona çatdırmaq üçün yetərli iş görmədiyini bildirib.
Avqust ayında general Min Aunq Xlainq özünü baş nazir adlandırıb və hərbi çevrilişə qarşı çıxan ordu ilə milis qüvvələri arasında döyüşlərin davam etməsi üçün, fövqəladə vəziyyətin uzadıb.
Asean verdiyi açıqlamada, xarici işlər nazirlərinin cümə günü keçirdiyi təcili toplantının, 26-28 Oktyabr sammitində hərbçilərin Myanmanı təmsil edib-etməyəcəyi ilə bağlı bir fikir birliyinə gələ bilmədiyini bildirib.
Qrup Myanma hərbi rəhbərliyinin dialoq və gərginliyi azaltma vədlərini yerinə yetirməkdən imtina etdiyini və təmsilçisinin devrilmiş, hazırda həbsdə olan mülki lider Aunq San Suu Kyi ilə görüşünün qadağan edildiyini bildirib.
Bruneydən verilən açıqlamada göstərilir ki, Myanmadakı vəziyyət “regional təhlükəsizliyə, ASEAN-ın birliyinə, etibarına və mərkəzinə təsir edir”.
Aprel ayında Asean general Min Aunq Xlainqi ölkədə qəddar repressiyalara son qoymağa və siyasi məhbusları azad etməyə çağırmışdı.
İctimairey.az xəbər verir ki, Jonathan Head, BBC-nin Banqkokdakı müxbirinə müsahibəsində, generalın ABŞ prezidenti Co Bayden və digər dünya liderlərinin də qatılacağı zirvədən kənarlaşdırma qərarının, hərbi hökumətin sonda beynəlxalq aləmdə tanınma ümidlərinə ciddi zərbə olduğunu söyləyib.
Xəbərlərdə qeyd edilir ki, hələlik ordunun müxalifətə qarşı zorakılığı azaltmağa və onlarla danışıqlara başlamağa hazır olduğuna dair heç bir məlumat yoxdur.
Asean zirvədə iştirak etmək üçün, dəvət etdiyi Myanma nümayəndəsinin adını açıqlamayıb.
Xatırladaq ki, fevral çevrilişindən sonra, nümayişlər bütün Myanmada yayılıb. Siyasi Məhbuslara Yardım Dərnəyinə görə, təhlükəsizlik qüvvələri siyasi məhbusları amansız repressiyalarla məruz qoyub, 1000-dən çox adamı öldürüb və 6000-dən çox adamı həbs edib.
İctimairey.az