İraqdan İŞİD lideri Sami Kazımın tutulması xəbəri yayıldı

0

İraqın və Türkiyə kəşfiyyatının köməyi ilə, İŞİD liderlərindən Sami Casimi tutuldu. Agentlik xəbərin adlarını açıqlamadıqları üç təhlükəsizlik mənbəsinə əsaslanıb.
İctimairey.az Reuters xəbər agentliyinə istinadən bildirir ki, Sami Casimi hərbi təyyarə ilə Türkiyəyə gətirilib və əməliyyatla bağlı ətraflı məlumat verilməyib.
İraq kəşfiyyatının Casiminin aylardır izləndiyini və keçən il tutulan bir İŞİD üzvünün verdiyi məlumatın, onun tutulmasında əhəmiyyətli rol oynadığı qeyd edilir.
Sami Casim İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin köməkçisi idi və qrupun “maliyyəçisi” kimi tanınırdı.
İraq rəsmilərinə görə, Casim İŞİD lideri əmir Məhəmməd Əbdül Rəhman əl-Mövla əs-Salbiyə ilə də yaxındır.
“Hacı Həmid” olaraq da bilinən Casim, ABŞ tərəfindən axtarılırdı.
ABŞ, Casimin tutulmasında kömək edənlərə 5 milyon dollar mükafat verəcəyini açıqlayıb.
Amerika Federal Araşdırma Bürosunun (FBI) məlumatına görə, Casim “İŞİD-in terror əməliyyatlarının maliyyələşdirilməsində” mühüm rol oynayıb və gəlir gətirən “qanunsuz neft, qaz, tarixi əsərlər və minerallar” satışı ilə, təşkilatın maliyyə əməliyyatlarını idarə edib.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »