Şimali Koreya lideri Kimin 30 illik casusu qaranlıq sirləri açdı: Rəqiblərini öldürmək üçün, sui-qəsd qrupları var
Şimali Koreya lideri Kim Çen In üçün, 30 il işlədikdən sonra, həyatını xilas etmək üçün, ölkəni tərk edən keçmiş agent Kim Kuk-Sonq, ölkənin qaranlıq sirlərini açıb.
Kim Çen Inın əks qüvvələri öldürmək üçün, sui-qəsd qrupları təşkil etdiyini ifadə edən keçmiş agent, Şimali Koreya liderinin “inqilabi vəsait toplamağa kömək etmək üçün, qanunsuz narkotik laboratoriyası qurduğunu” da bildirib.
İctimairey.az xəbər verir ki, 30 ildir Şimali Koreya lideri Kim Çen Inla çox yaxın işləyən keçmiş agenti Kim Kuk-Sonq BBC-yə verdiyi müsahibədə Şimali Koreyanın bütün qaranlıq sirlərini açıb. Dünya gündəminə bomba kimi düşən açıqlamalarla bağlı Şimali Koreyadan isə, heç bir açıqlama verilməyib.
Kəşfiyyat şəbəkəsinin üst təbəqəsində qalmaq üçün, 30 il işlədiyini ifadə edən keçmiş agent Kim, həyatını xilas etmək üçün 2014-cü ildən ölkəni tərk edib. Hal-hazırda Cənubi Koreyanın paytaxtı Seulda yaşayır və Cənubi Koreya kəşfiyyatında çalışır.
Kəşfiyyat şəbəkələrinin “Ali Rəhbərin gözləri, qulaqları və beyni” olduğunu ifadə edən agent, Şimali Koreyanın casus və kiber şəbəkələrinin dünyanın istənilən nöqtəsinə çata biləcəyini vurğulayıb.
Keçmiş agentin ən çox açıqladığı sirr, illərlə çalışdığı Kim Çen Inın müxalifətə qarşı sui-qəsd qruplarının gördüyü işlər barəsində olub.
Kim Kuk-Sonq Şimali Koreya liderinin “tənqidçilərini öldürmək üçün qatillər göndərdiyini” və “inqilabi pul yığmağa kömək etmək üçün, qanunsuz narkotik laboratoriyası qurduğunu” da açıqlamışdır..
Güloğlan Məmmədov İctimairey.az