Əli Manafov: Dəmir Yumruq əməliyyatı tarixin daş yaddaşlarında əbədi həkk olub.

0

Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə, 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
2019-cu ildən etibarən isə, Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşdı.
Bu Qələbə, bu Zəfər Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsi idi. Çünki, bu gün ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin başlanğıcı və bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin miras qoyduğu uğurlu yol bizləri Zəfərə aparan yoldu.
Əli Manafov Neftçala rayonu Xolqaraqaşlı kəndi Ümumi orta məktəbin direktoru
Qeyd edək ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı bütün xalqımız səfərbar oldu, birlik göstərdilər. Bu baxımdan Neftçala rayonu Xolqaraqaşlı kəndinin Ümumi Orta Məktəbinin direktoru Əli Manafovun əməyi təqdirə layiqdir. Əli müəllimin rəhbəri olduğu tədrisi ocaqında vətən müharibəsi şəhidlərinin ildönümləri, ad günləri məktəbin müəllim və şagird kollektivi tərəfindən hər dəfə yad edilir.
Şəhid leytenant Xəlilov Coşqun Mikayıl oğlunun ildönümü “06.10.2021-ci il tarixdə”, Şəhid baş leytenant Məlikov Mahmud Təhmasib oğlunun doğum günü “aprel 2021-ci il tarixdə “qeyd edildi. Əli müəllim Xolqaraqaşlı kəndində şəhidlərin xatirəsinə Abidə kompleksinin tikilməsində maddi baxımdan köməklik göstərmisdir.
Əli Manafovun rəhbəri olduğu təhsil ocağında vətənpərlik mövzusunda müntəzəm olaraq, yaddaşlarda qalacaq tədbilər keçirilir və məktəb rəhbərliyi, müəllimlər, şagirdlər şəhid ailələrinin ziyarətində olur, onların xatirəsini əziz tutur.
Fuad QƏHRƏMANOV. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »