Əfqanıstanda məscid hücumunun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürdü

0

Əfqanıstanın Kunduz əyalətində dünən cümə namazında 100 -dən çox insanın həyatını itirdiyi bir məscidə edilən qanlı hücumun məsuliyyətini İŞİD (İraq və Şam İslam Dövləti) terror təşkilatı öz üzərinə götürdü.

Əfqanıstanın şimalındakı Kunduz əyalətinin Sayed Abad bölgəsindəki cümə namazı əsnasında bir şiə məscidinə bomba hücumu edilib. Taliban sözçüsü Zabihullah Mücahid, Taliban qüvvələrinin artıq bölgədə olduğunu və hücumla əlaqədar istintaq başladıldığını söyləyib. Xəstəxana rəsmiləri ölənlərin sayının 100 nəfər olduğunu açıqlayıb.
Taliban sözçüsü Zabihullah Mücahid Twitter hesabından etdiyi açıqlamada, “Kunduz şəhərinin Sayed Abad bölgəsindəki bir şiə məscidində partlayış oldu. Hücumda 100-dən çox qardaşımız şəhid olub və ya yaralanıbdı” – deyə bildirib.
İctimairey.az UNAMA –dan(Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda Yardım Missiyası) verilən açıqlamaya istinadən bildirir ki, cümə namazı zamanı edilən hücum ciddi narahatlığa səbəb olub. Açıqlamada, “BMT -nin Əfqanıstandakı ailəsi, bu gün Kunduzda edilən hücumda çox yüksək itkilər verilməsi ilə bağlı xəbərlərdən çox narahatdır. İlkin məlumatlar məsciddə baş verən intihar hücumunda 100 -dən çox insanın öldüyünü və yaralandığını göstərir. Bugünkü hadisə narahatlıq doğurur. “Bu, zərərli bir zorakılıq nümunəsinin bir hissəsidir. Bu, bir dini qurumun hədəf alındığı üçüncü ölümcül terror aktıdır.”
ABŞ son qüvvələrini geri çəkərək 31 avqustda ölkəni tərk etdikdən sonra, Əfqanıstanın paytaxtı Kabulun şərqindəki Nangerhar əyalətinin mərkəzi Cəlalabadda partlayışlar şiddətlənib. Bu hücumların çoxu Taliban qüvvələrini hədəf alsa da, bugünkü hücum birbaşa sivilləri hədəf alan ən şiddətli terror hadisədidir.

Güloğlan Məmmədov  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »