Son xəbər: 20 ölkənin dini liderləri Qazaxıstanda bir araya gəldi

0

Son xəbər … Ümumdünya və Ənənəvi Din Liderləri Konqresi Katibliyinin 19-cu sesiyası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində 20 ölkədən dini liderlərin iştirakı ilə keçirilir.
İctimairey.az xəbər verir ki, 19-cu sessiyanın açılışında Ənənəvi Dinlərin Liderləri Konqresinin Katibliyinin rəhbəri Maulen Aşımbayev, – Ümumdünya və Ənənəvi Dinlərin Liderləri Konqresinin beynəlxalq aləmdə bənzərsiz bir təşəbbüs olduğunu, Qazaxıstanın müstəqillik illərində özünün sülh və milli dialoq modelini yarada bildiyini vurğulamışdır.
Daha sonra, katibliyin bu ilki toplantısının koronavirus pandemiyası və digər qlobal problemlər səbəbindən çətin bir vəziyyətdə keçdiyini deyən Aşimbayev, “Bu vəziyyətdə mənəvi liderlərin əsas vəzifəsi doğru dəyər sistemi yaratmaq və barış, əxlaq, ictimai harmoniya və qarşılıqlı dəstək kimi fikirlər çərçivəsində insanları bir araya gətirmək olmalıdır.. Bu, Ümumdünya və Ənənəvi Din Liderləri Qurultayının əsas məqsədidir. Bu səbəbdən forumda iştirakınıza və fəal dəstəyinizə görə hamınıza təşəkkür edirik. ”
Toplantıya 20 ölkənin dini liderləri və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Dini liderlər təkcə Qazaxıstan daxilində deyil, həm də beynəlxalq səviyyədə dinlərarası dialoqun qurulmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə əhəmiyyətli işlərin aparıldığını ifadə ediblər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-dən Qazaxıstan Respublikasına səfərə yola düşüb.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »