Ruslara kartofun qiymətinin kəskin artması ilə bağlı xəbərdarlıq edilib

0

Professor Ramazanov məhsulun zəif olması səbəbindən noyabr ayında kartofun bahalaşacağını proqnozlaşdırıb.

Plexanov adına RİU universtetinin Ticarət siyasəti kafedrasının professoru İbrahim Ramazanov kartofun qiymətinin bir neçə səbəbdən noyabr ayında kəskin yüksələ biləcəyini bildirib.

İctimairey.az mediyaya istinadən xəbər verir ki, Ramazanov oktyabr ayında qiymətlərin mövsümi olaraq düşə biləcəyini etiraf edib. Amma, o, noyabr ayında məhsuldarlığın aşağı olması səbəbindən kartofun qiymətinin kəskin artacağını proqnozlaşdırıb.
“Noyabr ayından etibarən qiymətlər sentyabr ayına nisbətən daha yüksək bir sürətlə artacaq, bu da uzun müddətdə sabit bir tendensiyaya sahib olacaq”, – deyə, professor ruslara xəbərdarlıq edib.

Ekspertin fikrincə, məhsul yetişdirmək üçün əkin sahələrinin azaldılması səbəbindən kartofun qiyməti artacaq. Bundan əlavə, taxılın, həm də idxal olunan məhsulların da qiyməti artacaq. Kartofun bahalaşmasının səbəbləri kimi, Ramazanov tərəvəzçiliklə məşğul olan əhalinin payının azaldığını və enerji resurslarının qiymətlərinin artdığını göstərib.

Daha əvvəl Maliyyə Nazirliyi Departamentdən bildiriblər ki, ölkədə ərzaq məhsullarının qiymətləri çox yüksək sürətlə artır. Rosstat-dan verilən son məlumata görə, 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə mal və xidmətlərin maya dəyərində artım 6,68 faiz təşkil edib.

Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »