La-Palma vulkanının püskürməsindən sonra, lava axınının görüntüsü dəhşət doğurur

0

İspaniyanın Baş naziri Pedro Sançez, La Palma Adasında 15 gündür aktiv olan Cumbre Vieja vulkanının vurduğu ziyanı ödəmək üçün, 206 milyon avroluq təcili yardım paketi elan edəcəklərini açıqlayıb. Hələ də lav axını davam edən vulkanın hərəkəti peykdən belə görünüb. La-Palma

Yardım paketlərinin 5 Oktyabr Nazirlər Şurasının həftəlik iclasında açıqlanacağını ifadə edən Sanchez, “Altyapının yenidən qurulması, su təchizatı problemi, yol baxımından, əlaqələr, məşğulluq, kənd təsərrüfatı və digər sektorların yenidən qurulması üçün, 206 milyon avroluq təcili yardım paketinə qərar verəcəyik. Biz adanın gələcək firavan həyatını yenidən quracayıq” deyib.
La Palmanın 50 ildə ilk aktiv vulkanı olan Cumbre Viejadan axan lava, indiyədək 31 kilometrlik yol irəliləyib və 946 -sı tamamilə kül olan, 1005 -dən çox evə ziyan vurub.
Sentyabrın 28 -dən Atlantik Okeanında 28 hektar ərazini dolduran lava 35 metr dərinliyə çataraq dənizdə irəliləməyə davam edir.
Bölgədə 6200 insan evlərindən təxliyə edilmiş, hava çirkliliyinin artması səbəbindən dünəndən etibarən 3500 insanın yaşadığı bəzi bələdiyyələrdə qismən karantin qərarı alınıb.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »