Türkmənistan lideri: Əfqanıstana milyonlarla dollar vermək lazımdır

0

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qaz kəmərinin, habelə Türkmənistandan Əfqanıstana elektrik ötürücü xətlərin çəkilməsini təklif edir.
İctimairey.az xəbər verir ki, Türkmənistan lideri bildirib ki, bütün bunlar Əfqanıstan büdcəsinə milyonlarla ABŞ dolları verəcək.Milyon

“Bu kontekstdə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin inşası böyük əhəmiyyət kəsb edir. Bu layihə, Əfqanıstana birbaşa qaz tədarükünə əlavə olaraq, bu ölkənin büdcəsinə yalnız qaz tranziti üçün bir milyard ABŞ dollarından çox vəsait daxil olmasını təmin edəcək ”, –
Türkmənistan Prezidenti qeyd edib ki, bütün bunlar Əfqanıstan əyalətlərində bir neçə min yeni iş yeri açacaq. Bundan başqa, Türkmənistanla Pakistan arasında Əfqanıstandan da keçəcək elektrik ötürücü xətlərinin və fiber-optik rabitə xətlərinin çəkilişinə başlanıla bilər. Başqa bir təklif Əfqanıstana sistemli şəkildə humanitar yardım göstərilməsi olacaq.
“Əfqanıstanın humanitar dəstəyə çox ehtiyacı var, Türkmənistan Əfqanıstan xalqına sistemli şəkildə yardım göstərir. Biz mütəmadi olaraq humanitar yardımla karvan göndəririk, kənd yerlərində məktəb və xəstəxanaların inşasını həyata keçiririk, Türkmənistanın təhsil müəssisələrində əfqan kadrlarının hazırlanmasını genişləndiririk ”, – deyə Türkmən lideri əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müvəqqəti hökumətlə əməkdaşlığa ehtiyac olduğunu açıqlayıb.
Taliban da öz növbəsində, Rusiyanı BMT sanksiyalarının onlardan qaldırılmasında vasitəçi olmağa çağırıb.

Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »