ŞOK XƏBƏR-  İranın hərbi müşaviri Yəhya Rahim: Hətta ABŞ belə bizə hücum etməyə qadir gücə malik deyil

0

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin baş hərbi müşaviri Yəhya Rahim Səfəvi İslam Respublikasının “çox güclü” olduğunu və bölgədən kənarda heç bir qüvvənin ona qarşı geniş miqyaslı müharibə apara bilməyəcəyini söyləyibdi.
İctimairey.az Mehr agentliyinə istinadən xəbər verir ki, General Safavi jurnalistlərlə müsahibəsində, – “Təhlükəsizliyimiz və müdafiəmiz ölkəmizin əldə etdiyi gücün nəticəsidir ki, bizə qarşı hərbi təhdidlər və təcavüzlər görünmür” – deyib.
Eyni zamanda, ölkənin ruhani liderinin baş hərbi müşaviri, İran silahlı qüvvələrinin daima hazır vəziyyətdə olması və İranın bölgələrarası düşmənlərini dəyərləndirmələrinin lazım olduğunu qeyd etdi.
“İran, Qərbi Asiya bölgəsinin ən birinci nüfuzlu dövlətidir, bizim bu bölgədə bütün təhlükəsizlik, müdafiə sahəsi üzrə gücümüz çox əzəmətlidir və nüfuzludur… “Ölkəmiz, silahlı qüvvələrimiz o qədər güclənib ki, hətta, ABŞ kimi trans-regional güclərdən heç biri İrana qarşı kütləvi hərbi hücuma keçməyə qadir gücə malik deyil”
Yəhya Rahim Səfəvi daha sonra, “İrandakı vəziyyətin Əfqanıstan və İraqdakı vəziyyətdən fərqli olduğuna”
“Bu gün dəniz donanmamız elə bir gücə sahib olub ki, strateji donanmamız Atlantik okeanından keçərək, Rusiyanın Sankt -Peterburq limanına üzüb çata bilər. ABŞ isə, Qərbi Afrika ölkələrinə heç bir limanın İran donanmasını qəbul etməməyi və hətta tibbi xidmət göstərməməyi tapşırmışdı.” – deyə, dövlət başçısının müşaviri Yəhya Rahim vurğulamış.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »