MARAQLI. -Şimali Koreya,  ABŞ və Cənubi Koreyanı təhdid etməyəcəyinə söz verdi

Şimali Koreya,  ABŞ və Cənubi Koreyanı təhdid etməyəcəyinə söz verdi

0

 

KXDR -in BMT-dəki daimi nümayəndəsi: Pxenyan heç vaxt ABŞ -ı və ya qonşu ölkələri təhlükəyə atmayacaq

İctimairey.az xəbər verir ki, bu bəyanatı Baş Assambleyanın 76 -cı sessiyasında Şimali Koreyanın BMT yanında daimi nümayəndəsi Kim Sunq səsləndirib. “KXDR heç vaxt ABŞ, Cənubi Koreya və digər qonşu ölkələrin təhlükəsizliyini pozmayacaq və ya təhlükə altına qoymayacaq.”

O qeyd edib ki, Şimali Koreya daim müharibə təhlükəsi ilə üz -üzədir. Bundan əlavə, o, KXDR-in Şimali Koreya əhalisini xarici təhdidlərdən qoruya biləcək özünümüdafiə hüququna malik olduğunu izah edib. Eyni zamanda o qeyd edib ki, Pxenyan ABŞ -ın KXDR -ə qarşı düşmənçilik siyasətindən əl çəkəcəyini gözləmir. Ancaq, Vaşinqton ikili standartlardan və düşmənçilikdən əl çəkərsə, Pxenyan “könüllü olaraq görüşməyə hazırdır.

Kim Sunq ABŞ tərəfindən Cənubi Koreyaya strateji silah yerləşdirilməsinin dayandırılmasını “Koreya müharibəsinin sona çatması” üçün şərt kimi qiymətləndirib. O, Vaşinqton və Seulu Cənubi Koreyada yeni silahlar hazırlamaq və yerləşdirməklə Koreya yarımadasında güc balansını pozmağa çalışmaqda günahlandırdı.
“ABŞ ən uzun Koreya müharibəsinin sonunu görmək istəyirsə və həqiqətən də Koreya Yarımadasında sülh istəyirsə, Koreya yarımadasında və ətrafında KXDR -ə yönəlmiş hər cür strateji silahlarla keçirdiyi birgə təlimləri və silahlı qüvvələrin yerləşdirilməsini həmişəlik dayandıraraq KXDR -ə qarşı düşmənçilik siyasətindən əl çəkmək üçün ilk addımı atmalıdır.” – ” Kİm Sunq deyib.

Şimali Koreya diplomatının çıxışı ilə paralel olaraq, KXDR -in Yapon dənizinə tərəf naməlum mərmi atdığı məlum oldu. Mərminin növü və buraxılışın haradan edildiyi barədə hələ də heç bir məlumat yoxdur. Yaponiyanın Kyodo qəzetinə görə, mərmi ballistik raketdir.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »