Taliban üzvləri qadınların etirazını işıqlandıran iki Əfqanıstan jurnalistinə saatlarla işgəncə veriblər

0

 

Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, etirazlara məruz qalan Taliban üzvləri, qadınların etiraz yürüşünü işıqlandıran iki jurnalisti saxlayıb və 4 saat işgəncə veriblər.
İctimairey.az xəbər verir ki, Əfqanıstanda yayımlanan “Etilaat Roz” qəzetinin qurucusu və baş redaktoru Zaki Daryabi yaralı vəziyyətdə olan iki həmkarının fotolarını ictimaiyyətlə paylaşıb.

Fotoda jurnalistlərin kürəyində, ayaqlarında, çiyinlərində və qollarında yaralar olduğu görülür.

Daryabi,- bu hadisənin ölkənin müstəqil mediasına bir mesaj olduğunu bildirib. Təcrübəli jurnalist “5 dostumuz 4 saatdan çox təcridxanada saxlanıldı. Bu 4 saat ərzində həmkarlarımız zorakılığa və işgəncələrə məruz qalıblar” – xəbərini verib.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »