Jonatan Lakot: Qarabağ münaqişəsi hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqət və qiymət almamış bir çox məsələləri gündəmə gətirib

0

Eçmiadzin Ali Patriarxı, Bütün Ermənilərin Katolikosu II Qareqin missiyasını başa vuran Fransa Respublikasının Ermənistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Jonatan Lakotanı qəbul edib.

İctimairey.az Ermənistan mediyasına istinadən xəbər verir ki, II Qareqin səfirin uğurlu fəaliyyəti sayəsində Ermənistan-Fransa münasibətlərinin dostluq xarakterinin daha da yüksəldiyini vurğulayıb. Bununla əlaqədar olaraq, ermənilərin katolikosu səfir Jonatan Lakotana həm pandemiya dövründə, həm də müharibənin çətin günlərində və müharibədən sonrakı dövrdə Ermənistana və erməni xalqına göstərdiyi dəstək və köməyə görə Fransa hakimiyyətinə minnətdarlığını bildirib.
Qaqerin görüş əsnasında Fransaya ümid etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədri timsalında Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini təmin edəcəyini ifadə edib.
Jonathan Lakot da öz növbəsində, səmimi qəbula görə Qaqeqinə təşəkkür edərək, missiyasının Fransa ilə Ermənistan arasında inkişaf etmiş dostluq münasibətlərini qorumaq və davamlılığını təmin etmək olduğunu vurğulayıb.
Söhbət əsnasında səfir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqət və qiymət almamış bir çox məsələləri gündəmə gətirdiyini də qeyd edib. Bu baxımdan səfir Jonatan Lacotte Fransanın problemin ədalətli və sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyinə Qaqeqini əmin edib.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »