ABŞ -ı qəzəbləndirəcək Talibanın qərarı! Yeni müvəqqəti hökumətin andiçmə mərasimi sentyabrın 11-də keçiriləcək

0

ABŞ geri çəkildikdən sonra, Əfqanıstanı tam nəzarətə götürən Taliban, yeni müvəqqəti hökumətin qurulduğunu və Molla Məhəmməd Həsən Ahundun kabinetdə baş nazir vəzifəsinə başlayacağını açıqlayıb.
Taliban müvəqqəti hökumətin andı üçün əlamətdar bir tarix seçib. Mərasim ABŞ -ın Əfqanıstanda hərbi əməliyyatlara başlamasının əsas səbəbi olan 11 sentyabr terror hücumunun 20 -ci ildönümünə təsadüf edəcək.
İctimairey.az xəbər verir ki, Taliban Əfqanıstanı ələ keçirdikdən sonra, Taliban sözçüsü Zabihullah Mücahid dünən yeni müvəqqəti hökumətin qurulduğunu elan edib və Taliban qurucularından Molla Məhəmməd Həsən Ahundun yeni qurulan işlərdə iştirak edəcəyini və hökumətin baş naziri olacağını açıqlayıb.
Taliban mənbələri mətbuata verdiyi açıqlamada Əfqanıstanda qurulan müvəqqəti hökumətin sentyabrın 11 -də and içəcəyini bildirib.
RUSİYA MƏRASİMƏ QATILMAZ
İndiyə qədər andiçmə mərasiminə Rusiya, Çin, Qətər, Türkiyə, Pakistan və İranın dəvət edildiyi bildirilir. Kütləvi informasiya vasitələrində Rusiyanın yeni hökumət qəbul olmadığı üçün mərasimdə iştirak edə bilməyəcəyi iddia edilir.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »